Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahinlər” hərbi və idman oyunlarının Xətai rayonu üzrə final mərhələsi keçirildi.
Xətai rayon icra hakimiyyətinin təşəbüssü ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Şahinlər” hərbi və idman oyunlarının Xətai rayonu üzrə final mərhələsi keçirildi. Yarışlarda rayonunun 38 orta ümumtəhsil məktəbinin 400-ə qədər şagirdi iştirak edirdi. ”Şahinlər” hərbi və idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyyəsinə diqqət və qayğının daha da artırılması, həmçinin məktəb şagirdlərinin ordu sıralarında xidmətə hazırlanmasında köməkliyin göstərilməsidir.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin şöbə müdiri Kamran İsmayılov məktəblilər arasında belə yarışların keçirilməsinin əhəmiyyətindən danışdı. Bildirdi ki, rayon məktəblərinin bilik yarışmalarında, idman oyunlarında, müsabiqələrdə əldə etdiyi nailiyyətlər, ali məktəblərə qəbul üzrə rayonunun yüksək nəticə qazanması təhsil və idman səhəsində əldə edilən uğurların göstəriciləridir. Daha sonra Xətai rayon üzrə 38 məktəbin 400 şagirdi arasında keçirilən hərbi yarışlara start verildi. Əvvəlcə komandalar təntənəli marşla və musiqi ilə tribuna önündən keçdilər. Yarışa qatılan 10-11-ci sinif şagirdləri iki mərhələdə 10 idman növü üzrə öz qüvvələrini sınadılar. Burada hərəkətlər təyin olunan hakimlər tərəfindən beş ballıq sistem üzrə qiymətləndirildi. Yarışların sonunda rayonun 86 saylı məktəbinin komandası qalib gələrək gələrək Bakı zona birinciliyində iştirak etmək hüququ qazandı.