Şriftin ölçüsü :

Saytın rəngi :

261 saylı məktəbdə veteranlarla görüş.

09 aprel 2014 | 10:00

Bu gün Xətai rayonunda yerləşən 261 saylı orta məktəbdə “Yaşlı nəslin təcrübələrindən faydalanaq” mövzüsunda daha bir tədbir keçirildi. Tədbirdə “Rayon Veterenlar Təşkilatı”, “Rayon Ağsaqqallar Şurası”nın üzvləri , Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri , 261 saylı məktəbin müəllim və  şagird kollektivi iştirak edirdi.
Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva çıxış edərək, gənclərin yaşlı nəslin təcrübəsinə hər zaman ehtiyacı olduğunu və bu baxımdan belə görüşlərin keçirilməsinin önəmindən danışdı.
Xətai rayon Veteranlar Təşkilatının sədri  Nəcibə Məhərrəmova çıxış edərək, gənc nəslə   vətənpərvərlik, dürüstlük, valideynə, müəllimə, böyüklərə hörmət, zəhmətsevərlik, təhsilə rəğbət  kimi   keyfiyyətlərin zəruriliyindən söz açdı.
Tədbirdə çıxış edən rayon Ağsaqqallar şurasının sədri Qurban Əlizadə  bütün gənclərə vətəni sevmək, tariximizi gözəl öyrənmək və öz ana dilini hər zaman uca tutmaq, nə qədər çətin və ağır sınaqlardan keçsələr də dövlətimizə , xalqımıza daim sadiq qalmağı tövsiyyə etdi.
Tədbirə dəvət olunmuş Böyük Vətən  və Qarabağ  müharibələri veteranları gənclərlə vətənpərvərlik mövzusunda söhbətlər apardılar.
Tədbirin sonunda veteranlar və şagirdlər birlikdə xatirə şəkli çəkdirdilər.

Keçidlər