Şriftin ölçüsü :

Saytın rəngi :

H.Z.Tağıyev adına kombinatın Cavanşir küçəsi 8 ünvanda yerləşən yataqxana binasının sakinləri qəbul edilmişdir.

10 aprel 2014 | 10:00

Aprelin 9-da  Xətai rayonundakı  H.Z.Tağıyev adına kombinatın  Cavanşir küçəsi 8 ünvanda yerləşən yataqxana binasının bir qrup sakini yataqxana binasının qəzalı vəziyyətdə olması ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə  müraciət etmişlər.  Rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov  yataqxana sakinlərini qəbul etmiş, onları  narahat edən məsələ ilə bağlı müraciətləri  dinləmişdir. Sakinlərin qəzalı binadan köçürülməsi ilə bağlı aidiyyatı qurumlara müraciət olunduğu bildirən Razim Məmmədov  problemin tez bir zamanda həlli ilə bağlı Nazirlər Kabinetində iş aparıldığını və yaxın vaxtlarda sakinlərin köçürüləcəyini  bildirmişdir.

Keçidlər