Rayon İcra Hakimiyyətinin başçısının növbəti qəbulu keçirilmişdir.
15 aprel 2014 | 10:00
14.04.2014-cü il tarixdə keçirilən rayon İcra Hakimiyyətinin başçısının qəbulunda 13 nəfər vətəndaş iştirak etmişdir. Qəbulda vətəndaşlar Əsədov Alim, Babakişiyeva Həmayi, Salamova Cəmilə, Hacıyeva Zərifə, Quliyeva Nahidə, Əliyeva Səlimə, Səfərov Əlimövsüm, Bayramova Gülnar və s. tərəfindən əsasən, sosial və kommunal məsələrin həlli, o cümlədən liftin yenilənməsi, damın təmir olunması, qaz xəttinin çəkilməsi, mənzil növbəsi, işsizlik ilə bağlı müraciətlər dinlənildi və bu məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verildi. Qəbulda həmçinin İcra Hakimiyyətinin müavinləri, şöbə müdirləri və digər məsul işçilər iştirak etmişdir.