257 saylı orta məktəbdə "Narkomaniyaya "YOX" deyək" adlı tədbir keçirildi
13 aprel 2023-cü il tarixdə 257 nömrəli tam orta məktəbdə Xətai rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun birgə təşkilatçılığı ilə "Narkomaniyaya "YOX" deyək" adlı növbəti tədbir keçirildi. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun baş məsləhətçisi Vasif Quliyev, Xətai Rayon Polis İdarəsinin əməkdaşı, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Tədbirdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz fəsadların yaratdığını, bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri olduğu, və bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsinin vacib olduğu bildirilmişdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, belə tədbirlərin keçirilməsinin vacibliyi vurğulanmışdır.