Şriftin ölçüsü :

Saytın rəngi :

257 saylı tam orta məktəbdə Vətən Müharibəsi şəhidi Babayev İqbal Zəki oğlunun xatirəsi anıldı

28 oktyabr 2022 | 10:04

Xətai rayonu, 257 saylı tam orta məktəbdə məktəbin məzunu, Vətən Müharibəsi şəhidi Babayev İqbal Zəki oğlunun şəhadətinin II ildönümü münasibətilə tədbir keçirildi.

Tədbir iştirakçıları ilk öncə şəhidin xatirə lövhəsinin önündə xatirəsini yad ediblər.

Tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, şəhidin müəllimləri və şagirdlər iştirak edirdilər. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Şəhidin döyüş yoldaşları, ona dərs deyən müəllimlər şəhidin qəhrəmanlığından söhbət açıb onunla  bağlı xatirələrini bölüşüblər. 

Daha sonra şagirdlərin təqdimatında vətənpərvərlik mövzusunda bədii hissə nümayiş olunub. 

Şəhid ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.

 

Keçidlər