Şriftin ölçüsü :

Saytın rəngi :

138 saylı məktəbdə hərbi vətənpərvərlik mövzusunda tədbir keçirildi.

18 aprel 2014 | 10:00

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə  138 saylı orta məktəbdə “Hər bir gənc vətənpərvər olmalıdır” mövzusunda tədbir keçirildi.
Tədbirdə rayonda fəaliyyət göstərən hərbi təhsil müəsisələrinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin  və rayon İcra Hakimiyyətinin  nümayəndələri iştirak edirdilər.
Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva çıxış edərək, tədbirin əhəmiyyətindən danışdı və  əsas məqsədin gənc nəslə hərbi vətənpərvərlik tərbiyəsini aşılamaq, həmçinin məktəb şagirdlərinin ordu sıralarında xidmətə hazırlanmasında köməklik göstərilməsi olduğunu bildirdi. Bu  istiqamətdə rayon İcra Hakimiyyəti tərəfindən mühüm işlər görüldüyu vurğuladı. Məktəblərdə vətənpərvərlik  mövzusunda tədbirlərin təşkil edilməsi, cəsurlar və şahinlər hərbi idman oyunları və yazı inşa müsabiqələrinin keçirilməsi bu qəbildən olan işlər sırasındadır. Hazırda rayon ərazisində bir sıra hərbi təhsil müəsisələri, o cümlədən, Heydər Əliyev adına Ali Hərbi məktəb, Cəmşid Naxçıvanski adına Hərbi lisey fəaliyyət göstərir. Hər il Xətai rayonu ilə yanaşı respublikamızın digər
bölgələrindən olan yüzlərlə gəncin bu təhsil ocaqlarına qəbul olma arzusu böyüməkdə olan nəslin vətənpərvərlik hissinin yüksək olmasının göstəricisidir. 
Tədbirdə çıxış edən yüksək rütbəli hərbçilər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən  islahatlardan geniş söhbət açdılar və  bu mövzuda şagirdləri maraqlandıran sualları cavablandırdılar.

Keçidlər