Şriftin ölçüsü :

Saytın rəngi :

261 saylı tam orta məktəbdə səyyar qəbul keçirildi

05 avqust 2022 | 07:12

Avqustun 4-də 261 saylı tam orta məktəbdə  keçirilən görüşdə rayon İcra Hakimiyyətinin  başçısı Rafiq Quluyev, YAP Xətai rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, rayon prokuroru  Sərdar İmanov,  hüquq-mühafizə orqanlarının və xidmət idarələrinin rəhbər işçiləri iştirak ediblər.

Qəbulda çıxış edən İcra başçısı Rafiq Quluyev  sakinlərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə tam dolğunluğu ilə məlumat verdi.
Sonra Xətai rayonunda görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işləri haqqında səyyar görüşün iştirakçılarına məlumat verən rayon rəhbəri sakinləri narahat edən müxtəlif məsələlərə aydınlıq qətirdi, müvafiq izahatlar verdi və qaldırdıqları məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verdi və onların həlli nəzarətə götürüldü.
Görüş  sakinlər tərəfindən razılıqla qarşılanıb. Sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən işləri də yüksək qiymətləndiriblər, ölkə Prezidenti və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu xoş sözlər ifadə ediblər.

Keçidlər