Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Başçısı sakinlərlə görüşdü.

19 aprel 2014 | 10:00

2014-cü il aprelin 18-də Xətai rayon İcra Hakimiyyəti başçısı cənab Razim Məmmədovun Zığ yolu 36,40 və 44  saylı binaların   sakinləri ilə görüşü keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri , eləcə də sakinlər iştirak edirdi.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sakinlərdən  Abdiyev Şakir, Həbibov Arif, Nağıyev İsmayıl, Ramazanov Vəli  və başqaları çıxış edərək rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər