Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyev irsinin tədrisi.

19 aprel 2014 | 10:00

Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə rayonun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə dərslərin tədrisi davam etdirilir. Dərslər  may ayınadək rayonun bütün məktəblərində  11-ci sinif şagirdlərinə tədris olunacaq. Məşğələlər yüksək ixtisaslı tarix müəllimləri tərəfindən aparılır.
       Bu silsilədən olan növbəti tədbir 18 aprel 2014-cü il tarixdə YAP Xətai rayon təşkilatının binasında keçirildi.  Tədbirdə 221,194,191,254
257,261,263,29 məktəblərinin şagirdləri iştirak edirdilər. 55 saylı məktəbin tarix müəlliməsi İsmayılova Ülviyyə  “Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışı” və   265 saylı məktəbin tarix müəllimi Musayev Ziyad “Aqrar sahədə islahatların həyata keçirilməsi”
mövzusunda mühazirə söylədilər.   
     Şagirdlərin böyük marağına səbəb olan dərs aktiv diskusiya və çoxsaylı sualların cavablandırılması şəraitində davam etdirildi.

Keçidlər