263 nömrəli məktəbdə "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə tədbir keçirildi
24.12.2022-ci ildə Xətai rayonunda yeni inşa edilmiş 263 nömrəli tam orta məktəbdə "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" münasibətilə tədbir keçirildi.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyev və Vətənin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Rayon İcra hakimiyyətinin başçısı Rafiq Quluyev və H. Əliyev adına Hərbi İnstitutun rəis müavini, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov dünya Azərbaycanlılarını bir arada birləşdirən Ulu Öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın rifahı üçün həyata keçirdikləri siyasətdən, Böyük Zəfəridən danışıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni "Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" elan edib. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bütün dünya Azərbaycanları xoşbəxtdir ki, uzun illər düşmən tapdağı altında qalan dədə-baba torpaqlarımız qazilərmizin, şəhidlərmizin və ali baş komandan İlham Əliyevin sayəsində azadlığına qovuşub. Azərbaycan bir daha dünyaya ölkəmizin qüdrətli dövlət olduğunu göstərib. Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin nəticəsində bu gündə Azərbaycan sürələ inkişaf edir.
Sonra məktəblilərin ifasında ədəbi-bədii kampazisiya, şerlər və H. Əliyev adına Ali Hərbi İnstitutun hərbi Orkestrinin ifasında vətənpərvərlik mahnıları səsləndirilib.