263 nömrəli məktəbdə şəhid Rəşad Quliyevin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub
27.04.2023-cü ildə şəhid Rəşad Quliyevin oxuduğu 263 nömrəli tam orta məktəbdə şəhidin xatirəsinə həsr olunmuş “Canavarın döyüş yolu” filminin təqdimatı keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyinin həyata keçirdiyi “Əbədiyaşar şəhidlərimiz” adlı layihə çərçivəsində “Canavar” ləqəbli şəhid polkovnik-leytenant Rəşad Quliyev barədə film çəkilib.
Filmin təqdimatında Xətai rayon İcra Hakimiyyətinin Humanitar və İctimai Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakşıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, YAP Xətai rayon təşkilatının nümayəndəsi Ənvər Bayramov, Müdafiə Nazirliyinin şöbə rəisləri Zümrüd Səmədova və Oqtay Abbasov, AzTV-nin redaktoru, əməkdar jurnalist, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək“ İB sədri Zərnişan Turan, Mədəniyyət Nazirliyinin əməkdaşı Kəmalə Musazadə və digər qonaqlar iştirak ediblər.
Çıxış edən qonaqlar Rəşad Quliyevin keçdiyi şərəfli döyüş və həyat yolu barədə xatirələrini danışdılar.
Şəhid Rəşad Quliyevin anası Mətanət Quliyeva göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə ailə üzvləri adından minnətdarlıq etdi.