Şriftin ölçüsü :

Saytın rəngi :

263 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində  “ Tarix yazan şəxsiyyət ” mövzusunda tədbir keçirilib

20 may 2023 | 14:00

Mayın 20-də Xətai rayonu 263 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində  “ Tarix yazan şəxsiyyət ” mövzusunda tədbir keçirilib.

Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai rayon, Əhmədli bələdiyyəsinin sədri Allahverdi Həsənli, Gənclər və İdman Nazirliyinin əməkdaşı Elvin Orucov, məktəbin şagird və müəllim kollektivi və digər qonaqlar iştirak edib.

Çıxış edənlər  Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından geniş bəhs ediblər. Bildirilib ki, bu gün hər bir Azərbaycan gənci  müstəqillik yolumuzun heç də hamar olmaması barədə aydın təsəvvürə malik olmalıdır. Bugünkü inkişaf üçün kimə borclu olduğumuzu bilməli, onlara əmanət olan Heydər Əliyev irsini  qorumalı və geniş təbliğ etməlidirlər. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasaydı bu gün  Azərbaycan adlı dövlətdən danışmaq qeyri-mümkün idi. Dahi şəxsiyyətin zəngin dövlətçilik təcrübəsinin, ən əsası torpaq, Vətən sevgisini özündə əks etdirən düşünülmüş siyasətinin nəticəsində Azərbaycan  dövlət müstəqilliyini əbədi və sarsılmaz etdi. Bu gun hər bir Azərbaycən gənci  belə müasir müstəqil, qalib  ölkənin  vətəndaşı olduğu üçün qürurludur. Çıxışlarda qeyd olunub ki, bu gün  torpağını, xalqını, Vətənini canından artıq sevən, daim ölkəmizin ən yüksək zirvələri fəth etməsini, ərazi bütövlüyünün təmin olunmasını arzulayan Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Azad Qarabağda və azad Şərqi Zəngəzurda Azərbaycanın üçrəngli bayrağı dalğalanır.

Tədbirdə uşaqların ifasında dahi şəxsiyyət Heydər Əliyevin tezisləri,  dünya liderlərinin Ümummilli Lider haqqında söylədiyi fikirlər səsləndirilib. 

Keçidlər