Şriftin ölçüsü :

Saytın rəngi :

264 nömrəli məktəb-liseydə "İlham Əliyev dəyərlərin keşiyində-20 il" adlı tədbir keçirilib.

27 oktyabr 2023 | 07:07

27.10.2023-cu il tarixində 264 nömrəli məktəb-liseydə "İlham Əliyev dəyərlərin keşiyində-20 il" adlı tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri müavini Məhəmməd İbrahimov, Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin əməkdaşı Nuru İmanov, rayon Ağsaqqallar Şurasının sədr müavini Mürvət Əsgərov və məktəb kollektivi iştirak edib.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur. Dövlət başçısı tərəfi ndən aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi
səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur və bəyənilir. Ölkə başçısı bir çıxışında demişdir: “Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz millimənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik.”

Həmçinin qeyd olunub ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 Günlük Vətən Müharibəsində düşmən tapdağı altında qalan əzəli torpaqlarımızda tarixən mövcud olan mədəni-dini abidələrimiz də azadlığa qovuşub. 

Daha sonra şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər, musiqilər və rəqslər ifa olunub.

Keçidlər