264 nömrəli məktəbdə Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib
Xətai rayonu 264 nömrəli məktəb-liseydə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və qüdrətli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Ulu bir sərkərdə, Ulu bir Öndər!" adlı tədbir keçirildi.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai- Siyasi və Humanitar Məsələlər şöbəsinin müdir müavini Məhəmməd İbrahimov, Azərbaycan Respublikasının Şəhid ailələri, əlillər və müharibə veteranları İctimai Birliyinin üzvləri, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxış edənlər Ulu Öndərin yaşadığı mənalı və kamil ömür yolundan, xalq və dövlətçiliyimiz uğrunda apardığı mübarizəsi haqqında məlumat veriblər. Bildirilib ki, Ulu Öndərin gənclər qarşısında qoyduğu ən əsas tələbi məhz təhsil ilə bağlı idi. Təhsil prosesinin yüksək olması, müəllim-pedoqoji heyətin hazırlığının müasir tələblərə cavab verməsi, məktəblərin maddi-texniki təminatı Ulu Öndərin daim diqqət mərkəzində idi.
Tədbirin sonunda şagirdlərin ifasında Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ədəbi-bədii kompazisiya təqdim olunub.