265 saylı məktəbdə Çempionumuz idman layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüş keçirilmişdir
31 may 2022-ci il tarixində Xətai rayonu 265 saylı tam orta məktəbdə "Çempionumuz" sosial idman layihəsi çərçivəsində yeniyetmə və gənclərlə görüş keçirilmişdir.
Görüşdə Yeni Azərbaycan Partiyası Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, "Boks" idman növü üzrə Avropa çempionatının qalibi, dünya və avropa mükafatçısı Nicat Hüseynov, 265 saylı tam orta məktəbin direktoru Yeganə Qurbanova və məktəbin istedadlı gəncləri və idmançıları iştirak ediblər.
Çıxış edən YAP Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançılarla belə görüşlərin keçirilməsinin yeniyetmə və gənclər üçün mühim əhəmiyyət kəsb etdiyini xüsusi olaraq vurğuladı.
Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev və 265 saylı tam orta məktəbin direktoru Yeganə Qurbanova çıxış edərək Xətai rayonunun istedadlı gəncləri və idmançıları haqqında ətraflı məlumat verdilər və gənclərə daha böyük uğurlar arzuladılar.