Rayon İcra Hakimiyyətinin başçısı H.Z.Tağıyev adına kombinatın Cavanşir küçəsi 8 ünvanda yerləşən yataqxana binasının sakinlərini qəbul etdi.
23 aprel 2014 | 10:00
Aprelin 21-də Xətai rayonundakı H.Z.Tağıyev adına Kombinatın Cavanşir küçəsi 8 ünvanda yerləşən yataqxana binasının bir qrup sakini yataqxana binasının qəzalı vəziyyətdə olması ilə bağlı Xətai rayon İcra Hakimiyyətinə müraciət etmişlər. Rayon İcra Hakimiyyətinin Başçısı Razim Məmmədov yataqxana sakinlərini qəbul etmiş, onları narahat edən məsələ ilə bağlı müraciətləri dinləmişdir. Sakinlərin qəzalı binadan köçürülməsi ilə bağlı aidiyyatı qurumlara müraciət olunduğu bildirən Razim Məmmədov problemin tez bir zamanda həlli ilə bağlı Nazirlər Kabinetində iş aparıldığını və yaxın vaxtlarda sakinlərin köçürüləcəyini bildirmişdir.