Şriftin ölçüsü :

Saytın rəngi :

27 nömrəli tam orta məktəbdə "Narkomaniyaya "YOX" deyək" adlı tədbir keçirilib

20 oktyabr 2023 | 17:20

20 oktyabr 2023-cü il tarixdə Xətai rayonu 27 nömrəli tam orta məktəbdə rayon İcra Hakimiyyətinin  və  Xətai rayon Polis İdarəsinin təşkilatçılığı ilə  "Narkomaniyaya "YOX" deyək" adlı tədbir keçirildi. Tədbirdə  Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin baş məsləhətçisi Mehriban İsrafilova,  Xətai Rayon Polis İdarəsinin rəisi polkovnik Vaqif Müslümov, Respublika Narkaloji Mərkəzin əməkdaşı Afət Məmmədova, psixoloq Könül Telmanqızı, məktəbin müəllim və şagirdləri  iştirak ediblər.

Tədbirdə narkomaniyanın cəmiyyət üçün ağır bəla olması, gənclərin bu məhvedici xəstəliyə düçar olmaması üçün nələrə diqqət yetirilməsi, narkotiklərə aludə olmağın nəticələri və s. haqqında geniş məlumat verilib, narkomaniyaya qarşı dövlətimiz tərəfindən aparılan mübarizədən danışılıb. Həmçinin çıxış edənlər şagirdlərə tövsiyyələr verərək hansı yaş kateqoriyasında olmalarına baxmayaraq hər zaman öncəliklə sağlam həyat tərzi sürmələrini, güclü iradəyə sahib olub heç kimin təsiri altına düşmədən doğru yolu seçmələri gənclərin diqqətinə çatdırıblar. Bu sahədə müsbət irəliləyişin əldə olunması üçün, tədris müəssisələrində, ictimai yerlərdə maarifləndirmə tədbirlərinin keçirilməsinin vacibliyi vurğulanıb.

Keçidlər