Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda mini futbol turniri keçirildi.

25 aprel 2014 | 10:00

Xətai rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə keçirilən idman yarışları davam edir. Bu çərçivədə məktəblilər arasında mini futbol turniri keçirilib. 
     Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə baş tutan yarışlar rayonun Heydər Əliyev adına lisey və 171 saylı tam orta məktəbində keçirilirdi.Yarışda 33 komanda birinci yer uğrunda öz qüvvələrini sınadılar.
Məktəblilər arasında bu cür yarışların keçirilməsində əsas məqsəd ölkədə gənclərin idmana marağını artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Yarışlardan sonra qalib gələn komanda müəyyən olundu. Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən rayon İcra Hakimiyyətinin  şöbə müdüri Kamran İsmayılov bildirdi ki, bu gün ölkədə aparılan islahatlar idman sahəsində də özünü müsbət şəkildə göstərir. Son illərdə idmançılarımızın beynəlxalq miqyaslı yarışlarda əldə etdikləri uğurlar, qazanılan nəticələr onu deməyə əsas verir ki, bu gün məhz bu sahə dövlət başçısı İlham Əliyevin daim diqqət mərkəzindədir.
      Qeyd olundu ki, son illlər Xətai rayonunda gənclərin sağlamlığının qorunması, idmanın maddi texniki bazasının inkişafı istiqamətində mühüm işlər görülüb. Təkcə bu il ərzində rayon ərazisində müxtəlif beynəlxalq yarışlar keçirilib, idman sahəsində uğurlar qazanılıb.
      Digər çıxışçılar da Azərbaycan idmançılarının bir sıra beynəlxalq yarışlarda qazandığı uğurların, ölkənin hər yerində açılan yeni-yeni olimpiya mərkəzlərinin, idman arenalarının, idmançılara yaradılan şəraitin əhəmiyyətini vurğuladılar.
Sonda qalib gələn komandalara medallar və fəxri fərmanlar təqdim olundu.

Keçidlər