Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Başçısı 63 saylı orta məktəbdə sakinlər ilə görüşdü.

26 aprel 2014 | 10:00

2014-cü il aprelin 25-də Xətai rayon İcra Hakimiyyəti başçısı cənab Razim Məmmədovun  63 saylı məktəbdə sakinlər ilə görüşü keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və  xidmət sahələrinin rəhbərləri , eləcə də rayon  sakinləri  iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sakinlərdən  Məmmədova Şəfiqə, Abışov Bəxtiyar, Nuriyev Nazim, İsmayılov Kamil və başqaları çıxış edərək rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə dair  aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.

Keçidlər