Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin irsinin tədrisi uğurla davam etdirilir.
Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə rayonun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə dərslərin tədrisi davam etdirilir. Dərslər may ayınadək rayonun bütün məktəblərində 11-ci sinif şagirdlərinə tədris olunacaq. Məşğələlər yüksək ixtisaslı tarix müəllimləri tərəfindən aparılır.
Bu silsilədən olan növbəti tədbir 25 aprel 2014-cü il tarixdə YAP Xətai rayon təşkilatının binasında keçirildi. Tədbirdə 55,56,63,116,88 saylı məktəblərinin şagirdləri iştirak edirdilər.
Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini bölüşmək üçün şagirdlərlə görüşə millət vəkili Hüseynbala Mirələmov da gəlmişdi. Millət vəkili öz çıxışında xalqımızın böyük oğlu Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, xalqının rifahı, gözəl yaşaması, çiçəklənməsi üçün gördüyü əvəzsiz işlərdən danışdı və bu dahi şəxsiyyətin bütün Azərbaycan gənclərinə gözəl nümunə olduğunu bildirdi.
Daha sonra 254 saylı məktəbin tarix müəllimi Aslan Musayev “Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi XX əsrdə xalqımızın ən böyük nailiyyətidir” və 138 saylı məktəbin tarix müəlliməsi Şəlalə Əhmədova “Ulu öndər Heydər Əliyev və milli-mədəni irsimiz” mövzusunda mühazirə söylədilər.
Şagirdlərin böyük marağına səbəb olan dərs aktiv diskusiya və çoxsaylı sualların cavablandırılması şəraitində davam etdirildi.