Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda akademik Zərifə xanım Əliyevanın xatirəsi anıldı.

29 aprel 2014 | 10:00

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə millət vəkili Hüseynbala Mirələmov, rayon İcra Hakimiyyətinin, təhsil, səhiyyə, mədəniyyət mərkəzlərinin, idarə, müəssisə  kollektivlərinin nümayəndələri iştirak edirdilər.
       Xətai rayon İcra  Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək, xalqımızın vətənpərvər övladı Zərifə Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi dəyərli töhfələrdən danışdı. Bildirdi ki, Zərifə Əliyeva yaddaşlarda gözəl alim və ləyaqətli ziyalı olmaqla yanaşı, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu kimi əbədiləşib.
         YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, rayonun ziyalı qadınları, müəllimlər çıxış edərək , ömrünün çox hissəsini  Azərbaycan elminə həsr edən görkəmli alimin səhiyyə  sahəsində, xüsusilə də, oftalmologiya elminin inkişafında  göstərdiyi misilsiz xidmətlərdən söhbət açdılar. Onlar qeyd etdilər ki,  Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb.
       Tədbirin sonunda  alimin həyat və fəaliyətinə həsr olunan film nümayiş olundu.

Keçidlər