Şriftin ölçüsü :

Saytın rəngi :

147 saylı Texniki-Humanitar liseydə akademik Azad Mirzəcanzadənin 85 illiyi münasibətilə tədbir keçirildi.

30 aprel 2014 | 10:00

Xətai rayonunun  147 saylı Texniki-Humanitar liseyində akademik Azad Mirzəcanzadənin 85 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə alimin həyat və faəliyyətindən söz açılıb, elmə verdiyi töhfələrdən danışılıb.
     Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva alimin zəngin və mənalı ömür yolundan danışaraq bildirdi ki, görkəmli elm xadimi, akademik Azad Mirzəcanzadənin  Azərbaycanda neft sənayesinin inkişafında müstəsna xidmətləri olub və bu sahədə böyük elmi məktəbin yaradıcısıdır. Onun  neft-qaz sahəsində və onunla bağlı sahələrdəki araşdırmaları nəinki respublikamızda, eləcə də, dünyanın ən nüfuzlu  elm mərkəzlərində  də yüksək qiymətləndirilir. Neft- qaz sənəyesinin  inkişafı sahəsində mühüm xidmətləri olan dünya şöhrətli alimin müəllifi olduğu kitablar, monoqrafiyalar, dərsliklər uzun illərdir ki, tələbə, alim və oxucular tərəfindən dəyərli elmi vəsait kimi istifadə olunur.
         147 saylı Texniki - Humanitar liseyin direktoru Həlimə Mehdiyevə çıxış edərək, rəhbərlik etdiyi təhsil ocağının yaradılmasında məhz bu böyük alimin böyük rolu olduğunu bildirdi və qeyd etdi ki,  həyatının yarı hissəsindən çoxunu peşəkar elmi fəaliyyətə həsr edən akademik özünü həm də mahir tədqiqatçı kimi  təsdiqləyib, gərgin və prinsipial yaradıcı axtarışları ilə fundamental elmlər sahəsində bir sıra mütərəqqi yeniliklərin müəllifinə çevrilib. Həmçinin sevindirici hallardan biri də budur ki, görkəmli alimin özünün  yetişdirdiyi kadrlar bu gün dünyanın ən nüfuzlu təhsil ocaqlarında çaılışırlar.
         Tədbirin sonunda akademikin həyat və fəaliyyətindən bəhs edən film daha sonra isə şagirdlərin ifasında ədəbii-bədii kompazisiya nümayiş olundu.

Keçidlər