Rayon İcra Hakimiyyətinin Başçısı 29 saylı orta məktəbdə sakinlər ilə görüşdü.
2014-cü il mayın 2-də Xətai rayon İcra Hakimiyyəti başçısı cənab Razim Məmmədovun 29 saylı məktəbdə sakinlər ilə görüşü keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri , eləcə də rayon sakinləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sakinlərdən Vəliyev Etibar, Soltanova Aybəniz, Ağayev Firuz, Həsənov İlham, Şahverdiyev Ağalar və başqaları çıxış edərək rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.