Heydər Əliyev adına liseydə Ulu Öndərin xatirəsi anıldı.
Mayın 5-də Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışaraq bildirdi ki, ulu öndərin hakimiyyəti dövründə respublikamız ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıb. Ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsi məhz Heydər Əliyev əməyinin nəticəsidir. Əsası ulu öndər tərəfindən qoyulan siyasət isə bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov çıxış edərək, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyev uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaradıb.
Tədbirdə qeyd olundu ki, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi ilə Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunmuş, dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas edilmişdir.
Tədbirin sonunda məktəbin şagirdlərinin ifasında ədəbii -bədii kompazisiya nümayiş olundu və ulu öndərin həyat və fəaliyyətini əks etdirən film göstərildi.