29 saylı məktəbdə "01 dekabr- Ümumdünya QİÇS-lə mübarizə" günü ilə əlaqədar maarifləndirici tədbir keçirilmişdir
01 dekabr 2022-ci il tarixdə 29 nömrəli tam orta məktəbdə Xətai rayon İcra Hakimiyyəti, Xətai rayon Gənclər və İdman İdarəsi, 29 nömrəli tam orta məktəbin təşkilatçılığı və Respublika QİÇS-lə mübarizə Mərkəzinin dəstəyi ilə "01 dekabr- Ümumdünya QİÇS-lə mübarizə" günü ilə əlaqədar "Sağlam gənclik" adlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı aparatının İçtimai Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai Rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elvin Orucov, 29 nömrəli tam orta məktəbin direktoru Reyhan Ələkbərova, Respublika QİÇS-lə mübarizə Mərkəzinin həkimi Zəminə Paşayeva, məktəbin yuxarı sinif şagirdləri iştirak etmişlər.
Tədbirin əsas məqsədi şagirdləri QİÇS, eləcə də narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq, məktəblilərin təhsilə, elmə, idmana olan marağını artırmaqdır. Çıxış edənlər yeniyetmə və gənclər arasında QİÇS və narkomaniya hallarının qarşısının alınması üçün profilaktik işlərin aparılması, maarifləndirici tədbirlərin mütamadi keçirilməsinin vacibliyini vurğulamışlar. Respublika QİÇS-lə mübarizə Mərkəzinin həkimi Zəminə Paşayeva "Sağlam həyat tərzi, QİCS-dən qorunma yolları" mövzusunda ətraflı məlumat vermişdir.
Tədbirin sonunda məktəbliləri maraqlandıran suallar cavablandırılmış, mövzu ilə bağlı müvafiq tövsiyələr verilmiş və maarifləndirici bukletlər paylanılmışdır.