Şriftin ölçüsü :

Saytın rəngi :

29 saylı məktəbdə "Beynəxalq Tolerantlıq günü münasibətilə tədbir keçirilib

24 noyabr 2023 | 18:59

24.11.2023-cü il tarixində 29 saylı tam orta məktəbdə Beynəlxalq Tolerantlıq gününə həsr olunmuş "Bir birlikdə güclüyükadlı tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdirinin müavini Məhəmməd İbrahimov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə,  Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin əməkdaşı Nuru İmanov, 3 saylı Uşaq Evinin direktoru Gülnarə Şəmiyeva və məktəb kollektivi iştirak edib.

Tədbir ölkədə dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasəti barədə əhalinin bütün zümrələri, xüsusən yeniyetmə və gənclər arasında maarifləndirmə işinin yüksək səviyyədə aparılması məqsədilə təşkil olunub.

Tədbirdə qeyd olunub ki, “Beynəlxalq Tolerantlıq günü” 1995-ci ildə UNESCO-nun 50 illiyi müasibəti ilə təsis edilib. Çıxışlarda dinlərarası münasibətlərin hazırkı vəziyyətində ölkəmizin dünyaya örnək olduğu, dini fanatizm və dini radikalizmə yer olmadığı diqqətə çatdırılıb. Bu vəziyyəti qoruyub saxlamaq üçün cox ciddi mübarizə aparılmalı, dini radikalizmə qarşı mübarizədə sağlam düşüncəli, savadlı gənclərin dəstəyinin vacibliyi qeyd olunub. Müxtəlif dinlərin və  dini-fəlsəfi cərəyanların yayıldığı Azərbaycanda bütün tarixi dövrlərdə etnik və dini icmalar arasında möhkəm dözümlülük əlaqələrinin formalaşdığı, milli və irqi dini zəmində heç bir ayri seçkilik faktı qeydə alınmadığı bildirilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir. Çünki, Azərbaycan çoxmillətli, çoxdinli  bir ölkədir. Burada çoxlu millətlərin və xalqların nümayəndələri, müxtəlif dinlərin daşıyıcıları var. Bunlar həm də müxtəlif sivilizasiyaların Azərbaycanda mövcud olduğunu göstərir. Radikal dini cərəyanlara qoşulan gəncləri yalnız maarifləndirmə yolu ilə islamın buyurdugu həqiqətləri çatdırmaqla zərərsizləşdirmək mümkündür.

Keçidlər