29 saylı məktəbdə “Güclü Lider, Rəşadətli Ordu və Xalq birliyinin təcəssümü” mövzusunda tədbir keçirilib
17.01.2025-ci il tarixində 29 saylı tam orta məktəbdə “Güclü Lider, Rəşadətli Ordu və Xalq birliyinin təcəssümü” adlı tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin əməkdaşı Nuru İmanov, şəhid ailələrinin üzvləri və məktəb kollektivi iştirak edib. Tədbir ölkədə dövlət-din münasibətləri, dinlərarası dialoq və tolerantlıq sahəsində həyata keçirilən dövlət siyasəti barədə məktəblilər arasında maarifləndirmə aparılması məqsədilə təşkil olunub.
Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyev milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasını prioritet vəzifə kimi qarşıya qoymuşdur. Dövlət başçısı tərəfindən aparılan uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda mövcud olan dini dözümlülük və tolerantlıq dinə münasibətdə dövlət siyasəti kimi səciyyələndirilir. Bu siyasət dünya ölkələri tərəfindən nümunəvi model kimi qəbul olunur və bəyənilir. Ölkə başçısı bir çıxışında demişdir: “Azərbaycan xalqı həmişə öz milli-mənəvi dəyərlərinə sadiq olub. Bu gün Azərbaycan dövləti milli dəyərlərimizin qorunması üçün ardıcıl siyasət aparır. Biz öz milli-mənəvi dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik.”
Həmçinin, çıxışlarda vurğulanıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində düşmən tapdağı altında qalan əzəli torpaqlarımızda tarixən mövcud olan mədəni-dini abidələrimiz də azadlığa qovuşub.