Rayon İcra Hakimiyyətinin başçısının növbəti qəbulu keçirilmişdir.
06 may 2014 | 10:00
05.05.2014-cü il tarixdə keçirilən rayon İcra Hakimiyyətinin başçısının qəbulunda 17 nəfər vətəndaş iştirak etmişdir. Qəbulda vətəndaşlar Atluxanov Azad, Pur Əbu Səidi Dilarə, Qasımov Şahin, İmanova Ülviyyə, Aslanov Sabir, Bayramova Sevda , Həsənova Limon və başqaları tərəfindən əsasən, sosial və kommunal məsələrin həlli, o cümlədən liftin yenilənməsi, damın təmir olunması, qaz xəttinin çəkilməsi, mənzil növbəsi, işsizlik ilə bağlı müraciətlər dinlənildi və bu məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verildi. Qəbulda həmçinin İcra Hakimiyyətinin müavinləri, şöbə müdirləri və digər məsul işçilər iştirak etmişdir.