Şriftin ölçüsü :

Saytın rəngi :

“Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda tədbir keçirildi.

07 may 2014 | 10:00

Xətai rayonunda 6 may 2014-cü il tarixdə Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibətilə tədbir keçirilmişdir.
     Tədbirdə  rayon İcra Hakimiyyəti baçşısı Razim Məmmədov,  YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, Xətai rayon İcra Hakimiyyətinin kollektivi, rayon bələdiyyələrinin, sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri və YAP Xətai rayon təşkilatının nümayəndələri iştirak edirdilər.
     Tədbir iştirakçıları əvvəlcə, Heydər Əliyev parkına gələrək, ulu öndərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzdülər.
    Sonra YAP Xətai rayon təşkilatının inzibati binasında “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda tədbir keçirildi.
     Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov çıxış edərək, dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışdı. Qeyd etdi ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var.  Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir. Əsası ulu öndər tərəfindən qoyulan  siyasət isə bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.
     YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov və digər rayon ziyalılar çıxış edərək, ulu öndərin hakimiyyəti dövründə respublikamızın  ictimai, siyasi, iqtisadi, mədəni, mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını, bütün varlığı ilə Vətəni Azərbaycana, xalqına bağlı olan Heydər Əliyevin  uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs yaratdığını qeyd etdilər.
        Bir qrup rayon sakininə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olundu və tədbir ulu öndərin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatdı.

Keçidlər