Şuşanın işğalından 22 il ötür.
Xətai rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə 249 saylı məktəbdə Şuşanınn işğalının 22-ci ildönümü ilə əlaqədar tədbir keçirildi.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva 22 il bundan əvvəl ölkəmizdəki ictimai-siyasi vəziyyət, Vətən uğrunda şəhid olan oğul və qızlarımızın mübarizəsi, Şuşanın Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyətindən danışdı və bildirdi ki, işğal nəticəsində xeyli sayda günahsız insan qətlə yetrilib, şəhərin mədəni, tarixi abidələri dağıdılıb. Ümummilli lider Heydər Əliyev gərgin səyləri hesabına Ermənistanın aqressiv etnik-təmizləmə və işğalçı dövlət siyasətini dünya birliyinə olduğu kimi çatdırdı və beynəlxalq rəy Azərbaycanın xeyrinə dəyişdi. Natiq həmçinin həmin siyasətin bu gün prezident İlham Əliyevin qətiyyəti ilə keyfiyyətcə yeni mərhələyə keçdiyini vurğuladı.
Hər il olduğu kimi bu il də rayon İcra Hakimiyyəti tərəfindən Şuşanın işğalı ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Rayonun təhsil, səhiyyə müəssisələrində işğalla bağlı məlumatlar verilir, bukletlər hazırlanır.
Digər çıxışçılar da Ermənistan silahlı qüvvələrinin Azərbaycanda törətdiyi amansız qətllərdən , qanlı hadisələrdən danışdılar.
Tədbirin sonunda Şuşa şəhərinin tarixinə həsr olunan film nümayiş olundu.