Şriftin ölçüsü :

Saytın rəngi :

09.05.2014-cü il tarixdə Xətai rayonunda da İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 69-cü ildönümü münasibətilə bir sıra tədbirlər keçirilib.

10 may 2014 | 10:00

Tədbir iştirakçıları əvvəlcə,   sovet ittifaqı qəhrəmanı Həzi Aslanovun, xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Müharibənin tarixinə nəzər salan Xətai rayon icra hakimiyyətinin başçısının  müavini Jalə Abdıyeva bildirib ki, Azərbaycanın Böyük Vətən Müharibəsi zamanı qələbə əldə olunmasında böyük rolu var.  Məhz həmin illərdə oğul, qızlarımızın ön və arxa cəhbədə göstərdikləri şücaət, eləcə də cəbhəyə göndərilən neft məhsullarının isə 85-90 faizini Azərbaycanın verməsi qələbədə onların böyük payı olduğunu göstərir.
   Rayonun Əhmədli kəndində keçirilən tədbirdə isə qeyd olunub ki, Böyük Vətən müharibəsi illərində məhz bu kənddən 178 nəfər müharibədə iştirak edib ki,onun da 55 nəfəri şəhid olub. Hazırda isə rayon ərazisində 600-ə yaxın Böyük Vətən müharibəsi veteranı var. Çıxış edən müharibə veteranları onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Keçidlər