30 nömrəli Uşaq Musiqi Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Xətai rayonu 30 nömrəli Uşaq Musiqi Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Gərək nəbzin Vətənin nəbzi ilə vursun" adlı konsert tədbiri təşkil olunub.
Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin və Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükütla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbirdə çıxış edən Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Ümummilli Lider Heydər Əliyevin mənalı həyat yolundan söhbət açıb, onun fəaliyyəti illərində Azərbaycanın qazandığı nailiyyətlərdən danışıb.
Müəllimlərin müşayiəti ilə şagirdlərin ifa etdiyi musiqi əsərləri, həmçinin müxtəlif alətlərin ayrılıqda solo ifası böyük maraqla dinlənilib.
Sonda konsertdə çıxış edən məktəbin müəllim və şagird kollektivi rəhbərlik tərəfindən təşəkkürnamə ilə təltif olundu.