Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan partiyası Xətai rayon təşkilatının Qadınlar şurasının növbəti konfransı keçirildi.

16 may 2014 | 10:00

 Konfransda təşkilatın fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr müzakirə edilib və yeni üzvlər seçilib.
           Tədbirdə qeyd olundu ki, hal-hazırda YAP-nın Xətai rayon təşkilatının 17 min-dən çox üzvü var və onların da  52 faizini qadınlar təşkil edir. Partiyanın rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov çıxış edərək, qadınların ölkəmizdə, cəmiyyətdə rolundan danışdı və bildirdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə qadın siyasəti məsələlərinə daim diqqət yetirib. Bu gün də Azərbaycan qadınları müstəqil respublikamızın ictimai-siyasi həyatının bütün sahələrində əzmlə çalışırlar.
        Rayon icra hakimiyyəti başçısının birinci müavini Rafiq Quliyev çıxış edərək, ölkəmizdə qadınlara göstərilən diqqət və qayğıdan, rayon qadınlarının fəaliyyətindən, onların rayonun ictimai-siyasi və mədəni həyatındakı xidmətlərindən danışdı. Qeyd etdi ki, Azərbaycanda qadın siyasətinin təkmilləşdirilməsində Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun prezidenti, Mehriban Əliyevanın xidmətləri misilsizdir.
        Digər çıxışçılar da, qadınların ictimai fəallığı sahəsində əldə olunan müsbət təcrübədən danışdılar və qadın təşkilatlarının əlaqələrini genişləndirməyin zəruriliyini qeyd etdilər. Sonra şuranın hesabatı dinlənildi. YAP Xətai rayon təşkilatının Qadınlar Şurasının yeni tərkibi və idarə heyəti ilə yanaşı  yeni sədri də seçildi. 287 saylı məktəbin direktoru Əhmədli Aygün Əkbər qızı şuranın yeni sədri oldu. Tədbirdə həmçinin, partiyanın Respublika Qadınlar Şurasının növbəti konfransına 10 nəfər nümayəndə seçildi.

Keçidlər