Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin irsinin tədrisi uğurla davam etdirilir.

18 may 2014 | 10:00

Müasir Azərbaycan tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrənilməsi məqsədi ilə Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə rayonun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdlərinə dərslərin tədrisi davam etdirilir.   Məşğələlər yüksək ixtisaslı tarix müəllimləri tərəfindən aparılır.
       Bu silsilədən olan növbəti tədbir 16 may  2014-cü il tarixdə YAP Xətai rayon təşkilatının binasında keçirildi. Tədbirdə 59,95,64,86, 17,24,25,27,56,59,63,191  saylı məktəblərinin şagirdləri iştirak edirdilər.
           Dərslər aktiv diskusiya və çoxsaylı sualların cavablandırılması şəraitində aparıldı.

Keçidlər