Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin başçısı növbəti dəfə qəzalı binanın sakinləri ilə görüşdü.

21 may 2014 | 10:00

20 may 2014-cü il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov növbəti dəfə Cavanşir küçəsi 8 ünvandakı qəzalı binanın sakinlərini qəbul etdi. Sakinlər uzun müddətdən bəri qəzalı vəziyyətdə olan binada təhlükəli vəziyyətin günbəgün artdığından şikayət edərək, əlaqədar təşkilatlar qarşısında məsələ qaldırılmasını, sakinlərin köşürülməsinə köməklik göstərilməsini xahiş etdilər. Vətəndaşları dinlədikdən sonra başçı əlaqədar təşkilatların nümayəndələrinin  iştirakı ilə binaya bir daha baxış keçirilməsini və mövcud vəziyyətin aktlaşdırılmasını tapşırdı.
Həmin tapşırığa uyğun olaraq,  başçının müavini Xeyrulla Hüseynli, aparatın şöbə müdirləri, rayon MKTB-nin baş mühəndisi, 2 nömrəli sahə inzibati ərazi darəsi üzrə İcra Başçısının nümayəndəsi, 122 saylı  Xüsusi təyinatlı MKİS-n rəhbəri və digər məsul şəxslərin iştirakı ilə binaya bir daha baxış keçirildi, mövcud vəziyyət  aktlaşdırıldı. Sakinlərin köçürülməsinin tezləşdirilməsi üçün binanın qəzalı  vəziyyəti haqqında ətraflı məlumat və fotoşəkillər əlaqədar təşkilatlara göndərildi.
Sakinlərə bildirildi ki, problemin tez bir zamanda həlli ilə bağlı Nazirlər Kabinetində iş aparılır və yaxın vaxtlarda sakinlərin köçürülməsinə başlanılacaq.

Keçidlər