Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Mikayıl Muşfiq küçəsinin sakinləri ilə görüş keçirildi.

22 may 2014 | 10:00

21 may 2014-cü il tarixdə rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Rafiq Quliyev, aparatının şöbə müdirləri, 4 saylı sahə inzibati ərazi darəsi üzrə İcra Başçısının nümayəndəsi, rayon MKTB-nin, 2 saylı  MKİS-n, eləcə də rayon xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə Mikayıl Muşfiq küçəsinin  sakinləri ilə görüş keçirildi.
Sakinlər rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirdilər. Vətəndaşlar onları narahat edən bəzi nöqsan və çatışmazlıqların, xüsusən, su və asfalt problemlərinin  aradan qaldırılmasını xahiş etdilər.
          Sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Həmçinin, vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılmasını tapşırıldı.

Keçidlər