Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Heydər Əliyevin irsinin öyrədilməsi məqsədilə keçirilən açıq dəsrlərə yekun vurulub.

24 may 2014 | 10:00

Müasir Azərbaycan tarixinin daha səmərəli öyrənilməsi məqsədi ilə Xətai rayonunun  ümumtəhsil  məktəblərinin 9-11-ci sinif şagirdləri üçün “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” mövzusunda keçirilən açıq dərslər yekuinlaşıb. Rayonun orta və ali məktəblərinin peşəkar və nüfuzlu müəllimlərinin cəlb olunduğu dərslərdə ümumilikdə 3 min 700 şagird iştirak edib. Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsinə həsr edilən açıq dərslərdə məktəblilər yüksək fəallıq nümayiş etdiriblər. Tədris prosesində ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilmiş, şagirdlərə dahi şəxsiyyətin siyasi irsi, dövlətçilik fəlsəfəsi, azərbaycançılıq məfkurəsi, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri barədə ətraflı bilgilər verilmişdir.
        Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yekun   açıq dərs YAP-nın Xətai rayon təşkilatının inzibati binasında keçirildi. Burada da şagirdlər qərargahdakı Heydər Əliyev güşəsindəki stendlərlə tanış oldular.                Rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva əvvəlcə dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışaraq bildirdi ki, ümummilli lider Heydər Əliyev zəngin həyat yolunu Azərbaycan dövlətinə  və xalqına  həsr edib. Istər sovet hakimiyyəti illərində, istərsə də, müstəqillik dövründə ulu öndərin respublikaya rəhbərlik etdiyi zaman kəsiyi Azərbaycan tarixinə inkişaf mərhələsi kimi daxil olub. Ulu öndərin əsasını qoyduğu və onun işlərinin layiqli davamçısı olan Prezident İlham Əliyevin apardığı siyasət və məqsədyönlü fəaliyyət nəticəsində bu gün Azərbaycan iqtisadi inkişafı və hərbi qüdrəti ilə regionun aparıcı dövlətinə çevrilib. Azərbaycanın hərtərəfli inkişafı onun dünya dövlətləri arasında olan nüfuzunun durmadan artmasına səbəb olub.
        Tədbirdə digər məruzələr də  dinlənildi. Müasir Azərbaycan tarixinin ən parlaq siması olan dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsinə həsr edilən açıq dərslərdə məktəblilər yüksək fəallıq nümayiş etdirdilər. Tədbir Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatdı.

Keçidlər