Rayon İcra Hakimiyyətinin başçısının növbəti qəbulu keçirilmişdir.
26.05.2014-cü il tarixdə keçirilən rayon İcra Hakimiyyətinin başçısının qəbulunda 18 nəfər vətəndaş iştirak etmişdir.
Qəbulda vətəndaşlar Məhərrəmov Mehman, Abbasov Akif, İbrahimova Elza, İbrahimova Qəndab, Paşayev İlqar, Əfəndiyev Məmməd, Fərhadov Əlihəsən, İsayev Polad və başqaları tərəfindən əsasən, sosial və kommunal məsələrin həlli, o cümlədən liftin yenilənməsi, damın təmir olunması, qaz xəttinin çəkilməsi, mənzil növbəsi, işsizlik ilə bağlı müraciətlər dinlənildi və bu məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verildi.
Qəbulda həmçinin, bağlanması nəzərdə tutulan 88 saylı orta məktəbin müəllim kollektivinin bir qrupunun şikayətləri dinlənildi. Müəllimlər məktəbin bağlanması ilə əlaqədar müəllimlərin və şagirdlərin Bakı şəhərinin müxtəlif məktəblərinə yerləşdirilmələrindən narazı olduqlarını bildirdilər. Başçı bu məsələnin aidiyyatı üzrə ətraflı araşdırılması və məlumat hazırlanmasını tapşırdı.