Şriftin ölçüsü :

Saytın rəngi :

Xətaidə Respublika günü münasibətilə tədbir keçirildi.

28 may 2014 | 10:00

Xətai rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP-nın rayon təşkilatında 28 May - Respublika günü münasibətilə tədbir keçirildi. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin demokratik prinsiplər əsasında yaranmasından və    fəaliyyətindən danışdı.     Digər çıxışçılar qeyd etdilər ki, Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra xarici siyasətdə yaşanan uğursuzluqlar, ölkədə hökm sürən xaos mühiti müstəqilliyin yenidən itirilməsi təhlükəsi yaratdı. Amma 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtması bütün təhlükələri aradan qaldırdı. Məhz dahi şəxsiyyətin güclü iradəsi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövlətçiliyi məhv olmaq təhlükəsindən xilas edildi və ölkədə dövlətçiliyin yeni inkişaf mərhələsi başladı. Bu siyasət bu gün  Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının apardığı islahatlar nəticəsində  Azərbaycanın beynəlxalq nüfuzu möhkəmləndirdi, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyət, dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli platformada əməkdaşlıq əlaqələri quruldu.

Keçidlər