Rayon İcra Hakimiyyətinin Başçısı Əhmədli qəsəbə nümayəndiliyində sakinlər ilə görüşdü.
2014-cü il mayın 30-da Xətai rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədovun Əhmədli qəsəbə nümayəndəliyində sakinlər ilə görüşü keçirildi.
Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşlarının, hüquq-mühafizə orqanlarının, dövlət idarə, müəssisə, təşkilat və xidmət sahələrinin rəhbərləri , eləcə də rayon sakinləri iştirak edirdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq-quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Sakinlərdən Əmirova Sevda, Şərifov Əhməd, Quliyev Mətləb, Nurəhmədov Namiq, Məmmədəliyev Malik, Quliyev Etibar və başqaları rayonda gedən abadlıq-quruculuq işlərinə görə rayon rəhbərliyə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi nöqsan və çatışmazlıqlarının aradan qaldırılmasını xahiş etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həllinə dair aiddiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verdi.