Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai məktəblərində 11-lərə son zəng çalındı.

31 may 2014 | 10:00

Bu gün Xətai rayonunda fəaliyyət göstərən təhsil ocaqlarında   son zəng həyacanı yaşandı.
     Rayonun 138 saylı tam orta məktəbində keçirilən tədbirdə məzunları təbrik edən rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva son illərdə təhsil sahəsində əldə olunan uğurlardan danışdı. Bildirdi ki, dövlət proqramı çərçivəsində rayon ərazində fəaliyyət göstərən məktəblərdə yenidənqurma işləri aparılıb. Bu istiqamətdə Heydər Əliyev fondunun gördüyü işlər isə danılmazdır. Qeyd olundu ki, ötən il ali məktəblərə daxil olan abituriyentlər arasında  66 nəfər 600-dən, 28 nəfər isə 650-dən yuxarı bal toplayıb. Bir nəfər isə 700 bal yığaraq ən yüksək nəticəni göstərib. Rayonun 77 məzunu dünyanın müxtəlif ali məktəblərinə qəbul olunub. 50 nəfərdən çox məzun isə Prezident təqaüdünə layiq görülüb. 2013-2014-cü tədris ilində rayon ərazisində fəaliyyət göstərən 38 orta ümumtəhsil məktəbində təhsil alan 3474 nəfər IX sinif şagirdi, 2539 nəfər isə XI sinif şagirdi təhsilini başa vurmuşdur.
      Çıxış edən müəllimlər, valideynlər müstəqil həyata vəsiqə alan məzunlara uğurlar arzuladılar və müstəqil Azərbaycanın çiçəklənməsində onların üzərinə böyük vəzifələr düşdüyünü bildirdilər.
      Son zəng çalındı və 11-cilər öz sıralarını 1-cilərə təhvil verdilər. Dərs fəaliyyətində yaxşı nəticə göstərən bır qrup şagirdə fəxri fərmanlar təqdim edildi. Tədbir məktəblilərin ifasında ədəbi-bədii kompazisiyanın nümayişi ilə davam etdirildi.

Keçidlər