Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun uşaqların müdafiəsi günü Xətai rayonunda qeyd olundu.

01 iyun 2014 | 10:00

1 iyun uşaqların müdafiəsi günü münasibətilə Xətai rayonu Rahib Məmmədov küçəsində yerləşən uşaq parkında bayram tədbiri keçirildi.
        Bayram şənliyində rayon ərazisində fəaliyyət göstərən 47 baxça, 2 uşaq evi, yaradıcı uşaq mərkəzlərinin kollektivləri və rayon içtimaiyyəti iştirak edirdilər. Balacaları bayram münasibət ilə təbrik edən Xətai rayon İcra Hakimiyyətinin başçısının müavini Jalə Abdıyeva son illər uşaqların problemləri ilə əlaqədar, dövlət tərəfindən həyata keçirilən işlərdən danışdı. Bildirdi ki, Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir və ölkəmizdə uşaqlara qayğı ildən-ilə artır. Əsası ulu öndər Heydər  Əliyev tərəfindən qoyulan uşaq siyasəti bu gün uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyevin məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizdə uşaqların sağlam həyat tərzi və hərtərəfli inkişafı naminə uğurlu addımlar atılır, bu sahəyə diqqət və qayğı artırılır. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Ulu öndərin adını daşıyan fond yarandığı ilk gündən valideyin himayəsindən məhrum olan, dövlət müəssisələrində tərbiyə edilən uşaqların taleyini diqqət mərkəzində saxlayır.
      Tədbirin davamında rayon mədəniyyət evinin və yaradıcılıq mərkəzlərinin kollektivlərinin ifasında ədəbi- bədii kompazisiya nümayiş olundu. Bayram şənliydən sonra balacalar üçün bayram süfrəsi təşkil edildi.

Keçidlər