Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda abadlıq, quruculuq işləri davam etdirilir.

10 iyun 2014 | 10:00

Dövlət başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq, Xətai rayonunun simasının gözəlləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Rayon ərazisində həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində bir sıra küçə və prospektlərdə abadlıq və quruculuq işləri davam etdirilir.
    Son illər ərzində rayon ərazisində yeni yaşılıq zolaqların, park və meydanların salınması, yenidən qurulması artıq ənənəyə çevrilib. Hazırda rayonun bir sıra küçə və prospektlərində o cümlədən,  Yusif Səfərov, Xocalı küçələrində, Nobel prospektində abadlıq və yaşıllşadırma işləri aparılır. Rayon İcra Hakimiyətinin inzibati binasının yerləşdiyi ərazidə yeni yaşılııq örtüyü və park salınır. İşlərin vaxtında başa çatdırılması məqsədilə əraziyə rayon İcra Hakimiyyətinin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Artıq işlərin bir çox hissəsi yekunlaşmaq üzrədir.
    Əhalinin rahat gediş-gəlişini  təmin etmək məqsədilə yol kənaraında olan piyada səkiləri dəyişdirilir və yerinə tamet plitələr düzülür. İşlərin sürətlə aparılması məqsədlə Xətai rayon İcra Hakimiyyəti tərəfindən tədbirlər planı da hazırlanıb. Rayonun florasının zənginləşdirilməsi məqsədilə Nobel prospekti və Zığ şossesi boyunca yeni yaşıllıq zolaqları salınıb. Əraziyə bir çox xarici ölkələrdən yeni ağac tingləri əkilib. Ümumilikdə isə bu il ərzində 70 min kv.m əraziyə yaşılıq zolağı salınıb. Rayonda yol infrastrukturunda,  əsasən də, məhəllədaxilli yoların bərpası və yenidən qurulması işlərinə  xüsusi önəm verilir. Əhalinin rahat gediş-gəlişini təmin etmək məqsədilə yollar genişləndirilir, məhəllədaxili yollara yeni asfalt örtüyü salınır. Son 5 ayda 30 min kv.m əraziyə asfalt örtüyü salınıb,yol boyu yerləşən binaların fasadlarında təmir bərpa işləri aparılıb.

Keçidlər