15 iyun-Milli Qurtuluş günü Xətai rayonunda qeyd olundu.
15 iyun – Milli Qurtuluş günü münasibətilə Xətai rayonunda tədbir keçirildi. Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçiliyində müstəsna yeri olduğunu və haqlı olaraq, tariximizə müstəqil Azərbaycanın banisi kimi həkk olunduğunu bildirdi. Böyük dövlət xadiminin qüdrətinin xalqdan qaynaqlandığını vurğulayan natiq ulu öndəri hüquqi dövlət qurucusu, sabitliyin təminatçısı adlandırdı.
Tədbirdə çıxış edən YAP-nın rayon təşkilatın sədri millət vəkili Hüseynbala Mirələmov, rayon ziyalıları və digər çıxışçılar ümummilli lider Heydər Əliyevin cəmiyyətin həyatına nüfuz edən müdrik, proqmatik siyasətindən, ümumdünya diplomatiyası qarşısındakı misilsiz xidmətlərindən danışdılar. Qeyd olundu ki, ölkəmizin yüksək iqtisadi inkişaf tempi ilə irəliləməsi məhz Heydər Əliyev əməyinin nəticəsidir. Əsası ulu öndər tərəfindən qoyulan bu siyasət bu gün dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.