Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda Tibb işçilərinin peşə bayramı qeyd olundu.

18 iyun 2014 | 10:00

Səhiyyə işçilərin peşə bayramı münasibətilə Xətai rayonunda tədbir keçirildi. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva səhiyyə işçilərini bayram münasibətilə təbrik etdi. Həmçinin  bildirdi ki, respublikada səhiyyə sisteminin müasirləşdirilməsi dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Dövlət başçısı İlham Əliyevin tapşırıq və göstərişinə əsasən,  hər yerdə olduğu kimi Xətai rayonu ərazisində də müasir tibb ocaqları inşa edilir, mövcüd binalar   əsaslı şəkildə yenidən qurulur, ən son texniki nailiyyətlərə əsaslanan maddi-texniki baza, səhiyyə avadanlıqları ilə təchiz olunur. Hal-hazırda rayon ərazisində 14 poliklinika, respublika əhəmiyyətli səhiyyə mərkəzləri, xətəxanalar, uşaq vərəm sanotoriyası, vərəm dispanseri və digər tipli səhiyyə müəssisələri fəaliyyət göstərir. Həmin müəsisələrdə ümumilikdə 5 minə yaxın səhiyyə işçisi çalışır.
     Daha sonra YAP-nın Xətai rayon təşkilatının sədr müavini Yeganə Qurbanova, tibb işçiləri Aidə Hüseynzadə, Ələkbər Nəzərov çıxış edərək,  səhiyyə sahəsində əldə olunan uğurlardan danışdılar.
    Tədbirdə iştirak edən səhiyyə işçiləri onlara göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Tədbir çərçivəsində uğurlu fəaliyyətlərinə görə iki səhiyyə işçisinə-Leyla Seyidova və İmamverdi Rzayevə  rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim olundu. Sonda bir qrup tibb işçisinə YAP-nın vəsiqələri paylanıldı.

Keçidlər