Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda abadlıq, quruculuq işləri davam etdirilir.

25 iyun 2014 | 10:00

Xətai rayonu ərazisində həyata keçirilən abadlaşdırma layihələri çərçivəsində bir sıra küçə və prospektlərdə abadlıq və quruculuq işləri davam etdirilir.
    Son illər ərzində rayon ərazisində yeni yaşılıq zolaqlarının, park və meydanların salınması, əvvəldən mövcud olanların yenidən qurulması artıq ənənəyə çevrilib. Hazırda rayonun bir sıra küçə və prospektlərində o cümlədən,  Yusif Səfərov küçəsində, Xocalı və Nobel prospektlərində abadlıq və yaşıllaşdırma işləri aparılır.
    Əhalinin rahat gediş-gəlişini  təmin etmək məqsədilə yol kənarlarında olan piyada səkiləri dəyişdirilir və yerinə tamet plitələr düzülür.
Son 10 gündə  Nobel prospekti və Zığ şossesi boyunca 15 min kv.m. sahədə yeni yaşıllıq zolaqları salınıb və müasir suvarma sistemi qurulmuşdur. Həmçinin, 500 p/m sahəyə dekorativ hasar çəkilmiş, üzlük daşla üzlənmişdir. Rayonda yol infrastrukturunda,  əsasən də,  məhəllədaxilli yolların bərpası və yenidən qurulması işləri də davam etdirilir.

Keçidlər