Şriftin ölçüsü :

Saytın rəngi :

Xətai rayonunda “Narkomaniya cəmiyyət üçün böyük təhlükədir” mövzusunda tədbir keçirildi.

26 iyun 2014 | 10:00

26 iyun narkomaniyaya qarşı mübarizə günü ilə əlaqədar, Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomaniya cəmiyyət üçün böyük təhlükədir” mövzusunda tədbir keçirildi.
    Tədbirin keçirilməsində əsas məqsəd ölkədə narkomaniyaya qarşı birgə mübarizəni gücləndirmək və bu sahədə marifləndirmə işinin artırılmasıdır.   Xətai rayon İcra Hakimiyyəti başçısının müavini Xeyrulla Hüseynli bildirdi ki, ölkədə narkotik vastələrdən istifadənin qarşısının alınması istiqamətində müxtəlif qanun və dövlət proqramları qəbul olunub və həyata keçirilir. Bununla yanaşı, respublikamızda narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizənin gücləndirilməsinə xidmət edən qanunvericilik bazasının təkmilləşdirilməsinə, beynəxalq əməkdaşlığın genişləndirilməsinə böyük diqqət yetirilir. Tədbirdə qeyd olundu ki, hazırda Xətai rayonu üzrə qeydiyyatda olan narkoman xəstələrin sayı 913 nəfərdir.  Bu ilin son 5 ayı ərzində xeyli sayda narkotik vasitələr, o cümlədən,  müxtəlif növ psixotrop maddələr müsadirə edilərək məhv edilib. Bu sahədə işlərin daha da gücləndiirlməsi məqsədilə rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən komissiya tərəfindən  tədbirlər planı hazırlanıb. Plana uyğun olaraq, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarda, təhsil və səhiyyə ocaqlarında narkomanlığın cəmiyyətə və insanların sağlamlığına vurduğu ziyanla bağlı maarifləndirmə işlər aparılıb.
      Digər çıxış edənlər bildirdilər ki,  ağ ölümlə mübarizədə gənclər arasında maarifləndirmə işinin aparılması və bu sahədə təhsil müəssisələrinin, kitabxanaların, idman təşkilatlarının, eləcə də,   içtimaiyyətin rolu böyükdür. Belə vasitələr orqanizmdə fəsadlar törətməklə bir sıra xəstəliklərə yol açır,  gələcək nəslin sağlamlığı üçün ciddi təhlükə yaradır. Bu baxımdan belə tədbilrəin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.
     Tədbirin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldi.

Keçidlər