Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilmişdir.

26 iyun 2014 | 10:00

Bu gün rayon Icra Hakimiyyətində başçının müavinləri, şöbə müdirləri, aparatın əməkdaşları, rayon Polis İdarəsi rəisinin müvini, rayon MKTB-nin, xidmət sahələrinin,  rəhbərliyinin, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə  geniş müşavirə keçirilmişdir. Müşavirədə rayon İcra Hakimiyyətinin başçısı cənab Razim Məmmədov İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmiri, rayon ərazisində aparılan abadlıq, quruculuq və yenidənqurma işləri, “Ağ şəhər” layihəsi çərçivəsində görülən işlər, icra nümayəndəliklərinin fəaliyyətləri barədə fikirlərini söyləmiş, iradlarını bildirmiş, ayrı-ayrı sahələr üzrə tövsiyyə və tapşırıqlarını vermişdir. Xüsusən də, yay mövsümünün başlanması ilə əlaqədar yaşillıq zonalarının sulanması,    ərazidə sanitar-epidemioloji normalara riayət olunmasına, qeyri-qanuni küçə ticarətinə, yol qıraqlarında ət kəsiminə nəzarət və diqqətin artırılmasını tapşırmışdır. Həmçinin, təhsil, səhiyyə və digər sahədə görülən işlər barədə danışılmışdır. Bunlarla bağlı məsul işçilərə  konkret tapşırıqlar verilmişdir.

Keçidlər