Şriftin ölçüsü :

Saytın rəngi :

Polis işçilərinin peşə bayramı münasibətilə Xətai rayonunda tədbir keçirildi.

02 iyul 2014 | 10:00

2 İyul polis işçilərinin peşə bayramı münasibətilə Xətai rayonunda tədbir keçirildi. Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə, idarə, müəsisə rəhbərləri, rayonun hüquq-mühafizə orqanlarının şəxsi heyəti  Heydər Əliyev parkına gələrək, ulu öndərin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzdülər.
       Gün münasibətilə polis işçilərini təbrik edən rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov dövlətçiliyimizin əsas dayaqlarından biri olan polis orqanlarının 96 illik şanlı tarixindən danışdı. Bildirdi ki, xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizədə qətiyyətli addımlar atdı, ictimai asayişin qorunması kimi çətin vəzifənin öhdəsindən layiqincə gəldi. Bu gün bu siyasət dövlət başçısı İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.Qeyd olundu ki, xalqımız Azərbaycan polisinə böyük inam bəsləyir, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli maraqlarının qorunmasında polisin xidmətləri danılmazdır. Ölkədə həyata keçirilən islhatlar nəticəsində bu gün ölkəmizdə peşakar polis kadrları formalaşıb, müasir avadanlıqlarla təhciz olunan yeni polis idarələri  tikilib istifadəyə verilib.
     Tədbirdə çıxış edən rayon polis idarəsinin rəisi Əkbər İsmayılov, millət vəkili Hüseynbala Mirələmov, rayonunun hüquq mühafizə orqanların əməkdaşları qeyd etdilər ki, bu gün Azərbaycan polisi inkişaf və yeniləşmə mərhələsini yaşayır. Ölkəmizdə polis orqanlarının fəaliyyətini təkmilləşdirmək, iş keyfiyyətini, peşə hazırlığını və bilik səviyyəsini artırmaq məqsədi ilə yeni axtarış və informasiya texnologiyaları ilə təmini, maddi-texniki bazanın ən müasir tələblər səviyyəsinə çatdırılması və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür.          Tədbirin sonunda xidmətdə fərqlənən bir qrup polis nəfərinə rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edildi.

Keçidlər